Red Bull komandası rəsmən təsdiq edib ki, Sebastyan Fettellə müqaviləsini 2014-cü ilin sonuna qədər uzadıb. Bu barədə son günlər çoxlu şayiələr gəzirdi, amma bu gün komandanın mətbuat xidməti rəsmi reliz yayıb…
Diter Mateşiçin şirkəti Fettelin karyerasını hələ uzaq 1998-ci ildən dəstəkləyir, on ildən sonra almaniyalı sürücü tarixin ən gənc Qran Pri qalibi olub, keçən il isə tarixin ən gənc dünya çempionu.
Komandanın Fettellə, Hornerlə, Nyui ilə və aparıcı əməkdaşlarla müqavilələrini uzatması komandaya stabillik təminatı verir – stabillik isə Formula1-də həmişə rəqabətədavamlılığın vacib faktoru olub.