Rəsmən: Serxio Peres Racing Point-da qalır

Racing Point Force İndia komandası Serxio Pereslə müqaviləni daha bir il uzadıb.

F-1.az xatırladır ki, Force İndia komandası Lourens Strolla satıldıqdan sonra gələn il üçün sürücülərdən birinin Ləns Stroll olacağı dəqiqləşib. Digər yer üçün isə Peres və Okon namizəd olsa da, “çəhrayılar” meksikalı sürücünü seçiblər.

Komandanın rəhbəri Otmar Safnauer bu barədə belə danışıb: “Serxio bizimlə daha bir il yarışacağı üçün sevincliyəm. Keçən 5 mövsümdə Serxio peletonun ən yaxşı sürücülərindən olduğunu göstərdi. Bizimlə davam etməsi stabillik üçün gözəl oldu. Komanda olaraq başladığımız macərada bizimlə qaldığı üçün xoşbəxtik”.

Serxio Peres: “Axır ki, gələcəyim barədə xəbər verildi və gələn il üçün motivasiyalıyam. 2014-cü ildən bəri bu komanda mənim evim oldu. Sürücü kimi burada inkişaf etdim. 5 ildə çoxlu uğur qazandıq, amma ən yaxşı nəticəni hələ əldə edə bilməmişik. Komandaya qoyulan yeni sərmayə mənə güvən verir. Gələcək üçün həyəcanlıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*