F-1.az xatırladır ki, “qırmızılar” Rusiyada Lekleri yeni güc qurğusuna keçirmiş və monakolu sürücü yarışa sonuncu yerdən başlamışdı. Ferrari bu güc qurğusunda hibrid hissəni gücləndirmişdi və belə görünür ki, hər şey yaxşı işləyir.
İndi isə Karlos Saynsı bu güclü motora keçirmək vaxtıdır. İspaniyalı sürücü bu səbəbdən yarışa sonuncu yerdən başlayacaq.