Rəsmən: Sayns cərimələnib

Ferrari komandasının sürücüsü Karlos Saysn Kanadadakı sıralanma turunda Pyer Qaslini əngəllədiyi üçün yarışın startında 3 yer itirəcək.

F-1.az bildirir ki, sıralanam turunda yağan ayağışa görə sürücülərin maşınında sprey çıxıb. Buna görə də onlar güzgüdən arxalarınə görməkdə çətinlik çəkiblər. Trafik də bol olduğu üçün trasda tez-te əngəlləmələr görmüşük.

Karlos Sayns birinci sessiyanın sonunda Alpine komandasından Pyer Qaslini son döngədə əngəlləyib. Fransalı sürücü bu hadisədən sonra əsəbi idi, çünki bu əngəlləməyə görə Pyer 17-ci olub və ikinci sessiyaya keçə bilməyib.

Sessiya bitdikdən sonra sonra stüardlar Karlos Saynsı çağırıblar. Onun startda 3 yer itirməsi gözlənilirdi. Elə də oldu. İspaniyalı sürücü rəqibi Pyer Qaslini əngəllədiy üçün yarışın startında 3 yer itirəcək. Bu isə o deməkdir ki, 28 yaşlı pilot Kanada yarışına Leklerin gerisində – 11-ci yerdən başlayacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*