Rəsmən: Sauber gələn ildən Honda ilə yarışacaq!

Honda motorçuları gələn ildən etibarən Sauber komandasını da gü qurğusu ilə təmin edəcəklər.

F-1.az xatırladır ki, İsveçrə təmsilçisi 2010-cu ildən etibarən Ferrari mühərriyindən istifadə edirdi. Beləliklə, Sauber komandası bu il sonuncu dəfə Ferrari mühərriyi ilə çıxış edəcək və gələn ildən etibarən Honda motorçuları McLaren-dən başqa digər bir komandaya da mühərrik verəcəklər.

2015-ci ildə idmana qayıdan Honda sadəcə McLaren-ə mühərrik verdiyi üçün yarışlardan rəqiblərinə nisbətən az məlumat toplayırdı, bu isə tərəqqi üçün kifayət etmirdi.

Monişa Kaltenborn: “Sauber komandasının gələn ildən etibarən Honda ilə çalışması qürurvericidir. Yenidənqurma işləri komanda sahiblərinin dəyişməsi ilə bitməyəcək. Eyni zamanda Honda ilə yeni ortaqlıq da olacaq. Uğurlu gələcəyin planlarını quran Honda ilə işləmək üçün səbirsizlənirik. Bizimlə müqavilə bağladıqları üçün onlara təşəkkür edirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*