Rəsmən: Sarcent gələn il Williams-da yarışacaq

Williams komandası rəsmi olaraq gələn il üçün Loqan Sarcenti transfer etdiklərini açıqlayıb.

F-1.az bildirir ki. 21 yaşlı pilot 2007-ci ildə yarışmış Slot Spiddən sonra peletondakı ilk amerikalı sürücü olacaq. O, 2021-ci ilin sonlarında Williams-ın gənc sürücü proqraməna qatılıb və bu il Formula2-də ilk tam mövsümünü keçirərək, 4-cü yeri tutub. Bununla da superlisenziya üçün lazımi xalları toplayıb.

Loqan Sarcent: “Williams ilə Formula1-də yarışmaq mənim üçün şərəfdir. Bununla da xəyallarımı reallaşdırdım. 2021-ci ilin Amerika yarışından bu koimandaya qatıldım və o gündən Williams və Dorilton Motorsports mənə dəstək oldu.

Keçən il Williams Sürücü Akademiyasına qatılmaq məni pilot kimi təkmilləşdirdi. Komanda inkişaf edərkən, mən də onların bir parçası olacam və həyəcanlıyam”.

Yos Kapito: “Əbu Dabidəki Formula2 yarışından sonra süperlisenziya qazanan Loqan gələn il bizimlə yarışacaq. Loqan 2021-ci ildən bizə qatılandan sonra simulyatorda davamlı işləyirdi. Formula2-də uğurlu debüt mövsümündən sonra Formula1-dəki ilk yarışını səbirisizliklə gözləyirik. Ona həmişə dəstək olacağıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*