F-1.az xatırladır ki, Ferrari və Santander 2010-cu ildə müqavilə bağlamışdılar. İspanlar o gündən etibarən “qırmızılar”ın ən böyük sponsorlarına çevrilmişdilər. Amma bu gün Santander Bankının verdiyi rəsmi açıqlamaya əsasən gələn ildən etibarən nə Formula1-ə, nə də Ferrari-yə sponsorluq etməyəcəklər…
İspaniya şirkəti bütün diqqətini və resursunu qitənin ən böyük idman turniri olan UEFA Çempionlar Liqasına yönəldəcək. Bu barədə Santander-in İdarə heyətinin rəhbəri Ana Botin xəbər verib: “Son 10 ildə bizimlə tərəfdaşlıq edən Ferrari komandasına və Formula1-ə minnətdarıq”.