Rəsmən: S.Peres gələn il Red Bull-da yarışacaq

Meksikalı sürücü gələn il Aleksander Elbonu əvəzləyəcək və Maks Ferstappenin komanda yoldaşı kimi, titul uğrunda mübarizə aparacaq.

F-1.az bildirir ki, Elbon gələn il komandanın ehtiyat və test sürücüsü kimi, 2022-ci ilin maşınının inkişafında, simulyatorda və təkər testlərində fəaliyyət göstərəcək.

Kristian Horner: “Aleksander komandamızın dəyərli bir üzvü olduğundan, bu qərar üzərində uzun müddət və diqqətlə düşünməli olduq. Mövcud bütün məlumatları və yarış performanslarını qiymətləndirərək Peresin gələn il Maksın komanda yoldaşı olmasına qərar verdik. Onu komandada qarşılamağı səbirsizliklə gözləyirik

Elbon 2022-ci ilin bolidinin inkişafına diqqət yetirəcək, ehtiyat və test sürücüsü kimi, bizim vacib bir üzvümüz olaraq qalacaq. Çəkdiyi zəhmətlər və verdiyi töhvələr üçün ona təşəkkür edirik”.

Serxio Peres: “Gələn il yarışma şansı verdiyi üçün Red Bull-a minnətdaram. Formula1-dəki ilk mövsümündən bəri çempion komandada çıxış etmək istəyirdim. Maksla birlikdə Red Bull rəngləri ilə start düzlüyündə olacağım anı fəxrlə gözləyirəm.

Əmin ola bilərsiz ki, əlimdən gələni edəcəyəm. Komanda da mənim kimi qalib düşüncə tərzinə malikdir. Nəticə qazanmaq və komandanın titul uğrunda mübarizə aparmasına kömək etmək üçün burdayam”.

Xatırladaq ki, mövsümün gedişində Serxionun gələn il Racing Point-lə yarışmayacağı, onu dördqat dünya çempionu Sebastyan Fettelin əvəzləyəcəyi elan edilmişdi.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*