Rəsmən: S.Peres daha bir il Red Bull-la yarışacaq

Red Bull komandası meksikalı sürücüsü Serxio Pereslə müqaviləni daha 1 il uzadıb.

 

F-1.az xatırladır ki, meksikalı sürücü bu mövsüm komandaya qatılmış və ilk yarışlarda bolidə uyğunlaşmaqda çətinliklər çəkmişdi. Amma sonradan Red Bull-un maşınına öyrəşən Peres, biri qələbə olmaqla iki dəfə podiuma yüksəlib.

Serxio Peres: “Formula1-in yeni dövründə Red Bull komandası ilə davam edəcəyim üçün çox xoşbəxtəm. Bu, mənim üçün böyük fürsətdir. Gələn ildən hamı yeni reqlamentə görə hər şeyə sıfırdan başlayacaq. Mənim əsas hədəfim isə Red Bull ilə zirvədə olmaqdır

Yeni komandaya qatıldığınızda oraya öyrəşmək vaxt aparır, amma bu il hər şey qaydasında idi və burada yarışmaqdan həzz alıram. Yaxşı nəticələr qazanmaq üçün çox çalışırıq və komandanın mənə inandığını görmək əla oldu”.

Komandanın rəhbəri Kristian Horner: “Çeko komandanın hörmətli üzvlərindəndir. Təcrübəsi və istedadı ilə çempionluq yarışında bizə kömək edir. Komandaya tez öyrəşdi və onun performansından təsirləndik.

Gələn il idmanda tamamilə yeni reqlament olacaq və Formula1-də yeni bir dövrə başlayacağıq. Çekonun idmanda 10 ildən artıq və 200 yarışlıq təcrübəsi var və bu, Red Bull-un inkişafına kömək edəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*