F-1.az bildirir ki, komandanın məlumatına görə, Serxio özünü yaxşı hiss edir və hər hansı təhlükəli simptom müşahidə olunmur. Lakin özünü təcrid etməlidir. Racing Point bu həftəsonu iki maşınla yarışacaqlarını, Çekonu əvəzləyəcək sürücünün adının sabah səhər açıqlanacağını bildirib.
Namizədlər arasında Stoffel Vandorn və Esteban Qutyerresin adları var. Estebanın şansını məşqlərə Londondan Silverstouna getdiyi üçün daha artıq qiymətləndirmək olar. Hər halda, qərar növbəti saatlarda elan ediləcək.
Beləliklə, bütün dünyanı bürüyən koronavirusa ilk dəfə bir Formula1 sürücüsü yoluxub. Daha əvvəl sadəcə bir neçə əməkdaşın testi pozitiv çıxmışdı.