Rəsmən: Rusiya yarışının yeri dolmayacaq

Formula1 rəhbərliyi ləğv olunan Rusiya Qran Prisinin əvəzinə heç bir yarışın olmayacağını deyib.

F-1.az xatırladır ki, Rusiya ordusu Ukraynanı işğal etdiyi üçün Formula1 şimal qonşumuzu təqvimdən uzaqlaşdırmışdı. Buna görə də Soçi yarışının əvəzinə alternativlər axtarılırdı. Əsas namizəd Qətər olsa da, Dünya Çempionatının hazırlıqlarına görə bu mümkün olmadı.

Buna görə də loqistika cəhətdən başqa ölkə tapılmadığı üçün Formula1 rəhbərliyi Rusiya Qran Prisinin əvəzinə yarış keçirməmə qərarı alıb. Beləliklə, İtaliya ilə Sinqapur yarışı arasında üçhəftəlik fasilə olacaq. Bu hal büdcə limiti ilə problem yaşayan komandalar üçün yaxşıdır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*