F-1.az xatırladır ki, Rusiya ordusu Ukraynaya hücum edib və Formula1 rəhbərliyi dünən verdiyi açıqlamada vəziyyəti nəzarətdə saxladığını deyib. Bundan sonra Formula1 üzrə dördqat Dünya Çempionu Sebastyan Fettel Rusiya yarışına qatılmayacağını deyib.
Formula1 rəhbərliyi şimal qonşularımızın Ukraynaya olan təcavüzünə biganə qalmayıb və sentyabrda Soçidə baş tutacaq yarışı təqvimdən çıxarıb.
FİA-nın bəyantında deyilir:
Formula1 insanları və xalqları bir araya gətirmək üçün dünya ölkələrinə səfər edir.
Biz Ukraynada baş verənləri kədərlə izləyirik və mövcud vəziyyətin sakit və sülh yolu ilə həllini səbirsizliklə gözləyirik.
Cümə axşamı günü axşam FİA, Formula1 və komanda nümayəndələri yarışımızla bağlı vəziyyəti müzakirə etdilk. Və bütün əsas tərəflər hazırkı şəraitdə Rusiya Qran Prisinin keçirilməsinin qeyri-mümkün olması barədə razılaşdıq.
Qeyd edək ki, UEFA da bu vəziyyətə biganə qalmayaraq, Çempionlar Liqasının final oyununu Rusiyadan alaraq, Fransaya verib.