Rəsmən: Rusiya tamamilə təqvimdən çıxarılıb

Formula1 rəhbərliyi Rusiya ilə olan müqaviləni tamamilə ləğv edib.

F-1.az xatırladır ki, Rusiya ordusu Ukraynanı işğal etdikdən sonra builki yarış ləğv olunmuşdu. Hazırkı müqavilənin qüvvədə qalıb-qalmayacağı isə şübhə altında idi. Lakin FİA götür-qoy etdikdən sonra Rusiyada heç vaxt yarış keçirməmək qərarına gəlib və müqaviləni tamamilə ləğv edib.

Açıqlama belə olub: “Formula1 Rusiya Qran Prisi ilə olan müqaviləni ləğv etdiyini təsdiqləyir. Gələcəkdə Rusiyada yarış keçirilməyəcək”.

Qeyd edək ki, Rusiya Qran Prisi 2023-cü ildə Soçidən Santk Peterburqa keçməli idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*