F-1.az xatırladır ki, Soçi 2014-cü ildən etibarən Rusiya Qran Prisini qəbul edirdi. Lakin əksəriyyət bu trası sevmədiyi üçün yarışın başqa şəhərə köçəcəyi ehtimal olunurdu.
Piterdə yerləşən İgora Drive trası 2019-cu ildə açılıb və Formula1 yarışı qəbul etmək üçün FİA-dan Grade 1 lisenziyası alıb. Trasın uzunluğu 4.086 kilometrdir və 15 döngədən ibarətdir. Trasın dizaynını Herman Tilke verib.
Stefano Doemenikali: “2023-cü ildən etibarən Rusiya Qran Prisi İgora Drive trasında olacaq və bunu sizə xəbər verdiyimiz üçün xoşbəxtik. Bu, Rusiyadakı tərəfdaşlarımızla aparılan danışıqlardan sonra baş tutdu. Düzü, Sankt Peterburqdan çox xoşum gəldi və buradakı yarış çox gözəl keçəcək”.