Rəsmən: Ross Braun təqaüdə çıxıb

Formula1-in idman direktoru Ross Braun təqaüdə çıxıb və bundan sonra Formula1-də olmayacaq.

F-1.az xatırladır ki, britaniyalı mütəxəssis karyerası ərzində Benetton, Ferrari, Honda, Brawn GP, Mercedes kimi komandalarda işləyib. 2017-ci ildən isə Formula1-in idman direktoru idi. Lakin rəhbərliyə Stefano Domenikali gələndən sonra əvvəlki kimi aktiv olmayıb. Buna görə o da 2022-ci ilin sonunda Formula1-dən təqaüdə çıxdığnı deyib.

Ross Braun: “Son illərdə gördüyüm işləri sevirdim. Bir komandada işləmək istəmirdim, çünki bu işi  çox görmüşdüm. Liberty-nin verdiyi təklif isə istədiyim kimi idi. Mənə fürsət verdikləri üçün şanslı idim. Bu işi çox sevdim.

İndi isə təqaüdə çıxmaq üçün doğru zamandır. İşin əsas hissəsini tamamladıq. 2026-cı ildə yeni dövr başlayacaq və bu mənim üçün uzaq zamandadır. Buna görə də bu vəzifəni başqa insanlar görsə, daha yaxşı olar.

Formula1-i yaxşı yerdə qoyub gedirəm. Bu 46 ilin hər dəqiqəsini sevərək keçirdim və möhtəşəm komandalarla, sürücülərlə və insanlarla işlədim. Geriyə dönsəm, heç nəyi dəyişməzdim. Artıq Formula1-i evimdəki kreslomdan izləyəcəyəm. Bir azarkeş kimi onları dəstəkləyəcəyəm və qışqıracağam. İdmanın yaxşı yönə getməsinə görə sevinəcəyəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*