Rəsmən: Rins Britaniya yarışında da olmayacaq

LCR Honda komandasının sürücüsü Aleks Rins Avqustun 4-6-da keçiriləcək Britaniya yarışında da iştirak edə bilməyəcək.

F-1.az bildirir ki, onu İker Lekuona əvəz edəcək.

Qeyd edək ki, Aleks Rins LCR Honda komandasına bu il keçmiş və üçüncü yarışında qələbə qazanmışdı. Lakin ispaniyalı sürücünün işləri sonradan yaxşı getmədi və bir neçə dəfə qəza etdi. O, son dəfə Mucelloda yıxılmış və zədələndiyi üçün mövsümün ilk yarısını bağlamalı olmuşdu.

Lakin belə görünür ki, Aleks hələ tam sağalmayıb və Britaniya yarışına 3 həftə qalsa da, onun yarışmayacağı indidən rəsmiləşib.

Rinsi əvəz edəcək İker Lekuona isə bu il üçüncü dəfə MotoGP-də yarışacaq. O, daha əvvəl Xeres və Assendə əfsanəvi Mark Markesi əvəz etmişdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*