F-1.az xatırladır ki, Sebastyan Fettelin Ferrari komandasını tərk etməsi elan olunduqdan sonra avstraliyalı sürücünün adı Skuderiya ilə hallanırdı. Amma dünən Danielin McLaren komandası ilə artıq anlaşdığı məlum olub…
Siril Abitebul: “İdmanımızda, xüsusilə bugünkü müstəsna vəziyyətdə, qarşılıqlı etimad, birlik və ümumi məqsədə sadiqlik əsas amillərdir.
Əminəm ki, 2020-ci il mövsümü daha çox şey əldə etməyə imkan verəcək. Renault komandası üçün ambisiyalarımız və strategiyamız dəyişməz olaraq qalır. Danielə isə gələcək karyerasında uğurlar aruzlayırıq”.