Rəsmən: Rikkardo Red Bull-un ehtiyat sürücüsüdür

Red Bull komandası sabiq sürücüsü Daniel Rikkardonu ehtiyat sürücü kimi transfer etdiklərini açıqlayıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü 2014-2018-ci illərdə Red Bull komandasında yarışmış və burada 7 qələbə qazanmışdı. Lakin bal porsuğu ləqəbli sürücü son iki mövsümdə McLaren-də uğursuz çıxışdan sonra komandasız qalıb. Belə olan halda isə “qırmızı öküzlər” sabiq sürücülərinə sahib çıxıb və onu işsiz qoymayıb.

Rikkardo həm testlərdə, həm də simulyatorda işləyəcək. Bunlardan başqa şou yürüşlərinə də “gülərüz sürücü” gedəcək.

Daniel Rikkardo: “Təbəssümüm hər şeydən xəbər verir. 2023-cü ildə evimə üçüncü sürücü kimi qayıdıram və çox həyəcanlıyam. Burada gözəl xatirələrim olub və komandanın məni qarşılamasından razıyam. Formula1-dəki ən yaxşı komandaya kömək etmək mənim üçün əladır. Onlarla işləmək üçün səbirsizlənirəm. Artıq başlayaq!”.

Kristian Horner: “Danieli yenidən komandaya qaytarmaq əla oldu. Onun yaxşı istedadı və xarakteri var. O bolidin inkişafına kömək edəcək. Təcrübəsi ilə komandaya dəstək verəcək. Gələn ili səbirsizliklə gözləyirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*