Rəsmən: Rəykkönen və Covinatsi Alfa Romeo-da qaldılar

Alfa Romeo komandası hazırkı sürücüləri Kimi Rəykkönen və Antonio Covinatsi ilə müqaviləsini bir il uzadıb.

F-1.az xatırladır ki, hər iki sürücünün də müqaviləsi ilin sonunda bitirdi. Buna görə də Alfa Romeo ilə Mik Şumaxer və Serxio Peresin adı bir hallanırdı. Amma isveçrəlilər köhnə sürücülərinə sadiq qalıblar.

Kimi Rəykkönen: “Alfa Romeo mənim üçün bir komandadan daha artıqdır. Mənim ikinci ailəmdir. Mən 2001-ci ilə gələndə komanda hazırda işləyənlər burada idi. Komandadakı əhval-ruhiyyə mənə işləmək üçün motivasiya verir. Gələn il idmanda 19-cu ilimi qeyd edəcəm. Komandaya inanmasaydım, burada olmazdım. Burada danışmaqdansa iş görürlər. Növbəti mövsüm üçün səbirsizlənirəm”.

Antonio Covinatsi: “Alfa Romeo son iki mövsümdə mənim evim oldu. Burada daha bir il qalacağım üçün sevincliyəm. Komanda mənə inandı və mən onların inamını doğrultmaq üçün hər şey edəcəm. Birlikdə yaxşı işlər görəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*