F-1.az xatırladır ki, avstraliyalı sürücü 5 mövsüm keçirdiyi Red Bull-dan ayrılmaq qərarına gəlib və Renault komandasına transfer olunub. Rikkardo gələn il Niko Hülkenberqin komanda yoldaşı olacaq.
Siril Abitebul: “Danielin bizimlə müqavilə bağlaması bizim hədəflərimizin göstəricisidir. Eyni zamanda son ki ildə gördüyümüz işin diqqət cəlb etdiyini göstərir. Danielin xarizması və istedadı komanda üçün müsbət haldır. Ona yaxşı bolid verərək, inamını sarsıtmamalıyıq. 2019-cu ildə böyüyən komandamıza onu məmnuniyyətlə qəbul edirik”.
Daniel Rikkardo: “Karyeramdakı ən çətin qərarlardan biri oldu. Amma yeni mübarizə üçün doğru zamandır. Renault-nun yüksək səviyyədə mübarizə aparması üçün önündə çox yol var və bunu bilirəm. Amma iki ildə gördükləri işdən təsirləndim. Renault keçmişdə titullar qazandı. Ümid edirəm ki, növbəti çempionluqları üçün onlara kömək edə bilərəm”.