Rəsmən: Renault komandası BP şirkəti ilə müqavilə imzalayıb

Gözlənildiyi kimi, keçən ilin sonunda Total şirkəti ilə əməkdaşlığı başa vurduqdan sonra Renault komandası Britaniyanın neft və qaz şirkəti British Petroleum ilə müqavilə imzalayıb.

Xatırladırıq ki, britaniyalıların çempionata qayıtması barədə xəbərlər keçən ilin sonunda yayılmağa başlamışdı, bir qədər sonra isə şirkətin çempionata Castrol brendi ilə qayıtması dəqiqləşmişdi. Bu gün yayılan rəsmi bəyanata görə, BP komandanı yanacaqla, Castrol isə sürtgü yağları ilə təchiz edəcəklər.

Jerom Stoll, Renault Sport Racing-in prezidenti: “Avtoidmanda gözəl tarixi olan BPCatrol-un çempionata qayıdışı Formula1 üçün əla xəbər, bizim komanda üçün isə yeni imkanlar deməkdir. Formula1 qlobal beynəlxalq şirkətləri maraqlandırmağa davam edir, biz isə fəxr edirik ki, bizim belə yüksək səviyyədə tərəfdaş və sponsorumuz var”.

Tufan Erginbilgic, BP Downstream-in icraçı direktoru: “Ən yaxşı yanacaq və sürtgü yağlarının hazırlanması BP-nin fəlsəfəsidir. Bu tərəfdaşlıq RenaultBP şirkətlərinin əməkdaşlığı üçün əla imkanlar yaratmaqla, bizim ultramüasir yanacaq və sütgü yağlarımızın Formula1-də istifadəsinə yol açır”.

F-1.az xatırladır ki, BP-nin loqotipləri sonuncu dəfə 1994-cü ildə Lotus və Tyrrell maşınlarını bəzəmişdi. Castrol loqotipi isə müxtəlif dövrlərdə Ensign, March, Lotus, Arrows, Sauber və Williams maşınlarını bəzəsə də, 2004-cü ildə çempionatı tərk etmişdi. Qeyd edək ki, 1997-ci ildə Williams komandasına titul qazandıran Renault motorları Castrol-la əməkdaşlıq edirdi.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*