F-1.az bildirir ki, plan ümumi 15000 iş yerinin azaldılmasını, bir sıra fabriklərin bağlanmasını və 2019-cu ildə 4 milyon ədəd olan avtomobil istehsalının 2024-cü ildə 3.3 milyon ədədə endirilməsini nəzərdə tutur. Xərclərin azaldılmasına baxmayaraq, konsernin müvəqqəti rəhbəri Klotilda Delbo Formula1-də zavod komandası kimi çıxışlarını davam etdirəcəklərini bildirib. Büdcə limitinin azaldılması və texniki reqlamentdəki yeniliklər bu qərarda mühüm rol oynayıb.
Klotilda Delbo: “Formula1-də qalacağımızı təsdiqləyirik. Böyük məbləğdə pul xərcləyən rəqiblərimizlə müqayisədə, komandaya az pul ayırmışdıq, lakin indi yeni qaydalar və məhdudiyyətlər var. Buna görə də, qalırıq”.