F-1.az bildirir ki, Ford idmana qayıdacağını rəsmən elan etsə də, amerikalı istehsalmının hansı komanda ilə tərəfdaşlıq quracağı deyilməmişdi.
Red Bull 2026-cı ildə öz motorunu istehsal etmək üçün Red Bull Powertrains-i qurmuşdu. Onlar bildirmişdilər ki, motorlarına adını verəcəyi bir istehsalçı ilə işləməyə hazlrdırlar. Avstriya təmsilçisi ilk olaraq Porsche ilə danışıqlar aparsa da, tərəflər razılığa gələ bilməmişdilər.
Bundan sonra “qırmızı öküzlər”ın Honda ilə davam edəcəyi gözlənilirdi. Ancaq Ford ilə danışqıların aparıldığı ortaya çıxmışdı.
Ford bu gün Nyu Yorkda keçirdiyi mətbuat konfransında nəhayət ki, Red Bull Powertrains ilə tərəfdaşlıq qurduqlarını rəsmən bildirib.