Rəsmən: Red Bull komandası Honda motoruna keçir

Red Bull komandasının mətbuat xidməri bu gün səhər rəsmi Twitter hesabından 2019-cu ildə Honda motorlarına keçəcəkləri barədə bəyanat yayıb.

F-1.az xəbər verir ki, bəyanatda bildirilir: “Aston Martin Red Bull Racing komandası Honda Motor Co Ltd şirkəti ilə razılığa gəldiklərini və 2019-cu ildə Honda motorları ilə yarışacağını elan etdiyi üçün şaddır”.

Kristian Horner: “Honda ilə uzunmüddətli müqavilədə məqsəd təkcə yarışlarda qələbələr qazanmaq deyil, eyni zamanda çempionluq əldə etməkdir. Bu, bizim həmişəki hədəfimiz olub. Biz həmişə belə qərarlar verərkən qərəzsiz olmuşuq. İnanıram ki, biz yüksək səviyyədə mübarizə apara biləcəyik və Honda ilə əməkdaşlıq düzgün addımdır.

Biz Honda-nın Formula1-dəki özünəinamından və son vaxtlar qardaş Toro Rosso komandası ilə inkişaflarından təsirləndik, onların motorçularının ciddi ambissiyaları bizim planlarımıza uyğun gəlir. Honda ilə çalışarkən gələcəyə köklənəcəyik və ən yaxşı nəticələri əldə etmək üçün birlikdə çalışacağıq”.

Qeyd edək ki, komandanın adı gələn il də dəyişməyəyəcək – Aston Martin Red Bull Racing.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*