F-1.az xatırladır ki, Barselona mövsümöncəsi testlərinin ikinci günündə Mercedes komandasının sınaqdan keçirdiyi sistem ilk gündən idman ictimaiyyətinin diqqət mərkəzində idi. Red Bull komandası dəfələrlə bildirmişdi ki, Avstraliyada rəsmi şikayət bildirməyə hazırdır – pandemiya üzündən şikayət Avstriyaya qədər təxirə salınmışdı.
Red Bull hesab edir ki, DAS texniki reqlamentin 3.8, 10.2 və 10.3-cü maddələrini pozur, bu da aerodinamik elementlərin sərtliyinə və hərəkətsizliyinə, eləcə də hərəkət zamanı asılqan sistemindəki dəyişikliklərin qadağan edilməsinə aiddir. Red Bull-un etirazının müvəffəqiyyəti stüardların mövqeyindən asılı olacaq: DAS asılqan sisteminin bir hissəsidir, yoxsa Mercedes-in iddia etdiyi kimi, sükanın bir hissəsidir?
Mercedes-in nümayəndələri yerli vaxtla 19:10-da (Bakı vaxtı ilə 22:10) stüardların otağına çağırılıblar.