Rəsmən: Red Bull FİA-ya müraciət edib

Red Bull komandası Britaniya yarışında Həmiltonla Ferstappen arasında yaşanan insidentə görə FİA-ya müraciət edib.

F-1.az bildirir ki, müraciətə əsasən insident yenidən araşdırılacaq və həftənin 4-cü günü Red Bull ilə Mercedes-in iştirakı ilə bir toplantı olacaq.

Xatırladaq ki, Britaniya yarışının ilk dövrəsində Həmiltonla Ferstappen insident yaşamış və hollandiyalı sürücü 51G təzyiqə məruz qalmışdı. Maks qəzadan yaralanmadan çıxsa da, çempionatda Həmilton fərqi 8 xala endirib.

Lyuis bu insidentdən sonra 10 saniyə cəza lasa da, Red Bull komandası bu qərardan narazı qalmışdı. Hətta, komandanın idman məsləhətçidi Helmut Marko yeddiqat Dünya Çempionunun yarışdan ixrac edilməsini istəmişdi. Belə görünür ki, “qırmızı öküzlər”in hirsi hələ də soyumayıb və onlar hüquqlarını qanuni yolla tələb etməyə qərar veriblər. Beləliklə, Avstriya təmsilçisi Macarıstan yarışından əvvəl FİA-ya rəsmi şəkildə müraciət edib. FİA həftənin dordüncü gün Bakı vaxtı ilə saat 18:00-da iki komanda ilə toplantı keçirəcək.

Belə hallarda araşdırma aparılası üçün sübutlara ehtiyac var. Belə görünür ki, Red Bull boş dayanmayaraq, bu işin üzərində çalışıb.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*