Rəsmən: Racing Point komandası 2021-ci ildə Aston Martin olacaq

Gələn il çempionat iştirakçıları arasına daha bir zavod komandası əlavə olacaq - Racing Point komandası Aston Martin-ə çevriləcək.

F-1.az bildirir ki, bu gün Lourens Strollun başçılıq etdiyi investorlar konsorsiumunun Britaniyanın avtomobil istehsalçısının səhmlərinin 20% payını aldığı rəsmən təsdiqlənib..

Stroll və onun konsorsiumu Aston Martin şirkətinə səhmlərə gör təxminən 182 milyon funt sterlinq ödəyiblər, daha 318 milyon funt sterlinq isə sərmayə yatıracaqlar. Ümumilikdə Aston Martin şirkətinə yarım milyard funt sterlin yatırım ediləcək. Stroll özü şirkətin icraçı prezidenti vəzifəsini alaraq Direktorlar Şurasına daxil olub.

Razılaşmanı Reuters-ə şərh edərkən hazırkı Aston Martin şirkətinin direktoru Əndi Palmer deyib ki, “Lourens Stroll şirkətə öz təcrübəsini gətirəcək və Formula1 komandasına birbaşa çıxışımız olacaq”.

2020-ci ilin sonunda Aston Martin şirkəti Red Bull komandası ilə titul əməkdaşlığını dayandıracaq və Racing Point komandası Aston Martin-in zavod komandasına çevriləcək. Sonda qeyd edək ki, avtomobil istehsalçısı Strollun komandası ilə beşillik sponsorluq müqaviləsi imzalayıb.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*