Rəsmən: R.Kubitsa Williams komandasının developer sürücüsüdür

Williams komandası Robert Kubitsanı ehtiyat və developer sürücü kimi təyin edib.

F-1.az xatırladır ki, Britaniya komandası Kubitsanı Əbu Dabi testlərində yoxlasa da, sonda Sirotkində qərar qılıb. Buna baxmayaq, 33 yaşlı sürücü ehtiyat sürücü kimi komandada olacaq. Williams-ın verdiyi xəbərə əsasən polşalı sürücü Barselonadakı mövsümöncəsi və mövsümiçi testlərdə iştirak edəcək. Bundan başqa, cümə günləri birinci sərbəst yürüşlərdə sükan arxasına keçəcək. Hətta, bəzi hallarda yarışlarda da iştirak edə bilər.

Robert Kubitsa: “Williams komandasına developer sürücü kimi qoşulmaq inanılmazdır. Fiziki cəhətdən ən yaxşı vəziyyətimdəyəm. Amma bu vəziyyətə gəlmək üçün xeyli vaxta ehtiyacım oldu. Mənə şans verdiyi üçün Williams-a təşəkkür edirəm. Paddoka qayıtdığım üçün sevinirəm və Williams ilə həm bazada, həm də trasda işləmək üçün səbirsizlənirəm. Beləliklə, FW41-in inkişafına töhfəmi verə biləcəm. FW36 və FW40-ın performansını gördükdən sonra FW41-in necə olacağını görüb inkişaf etdirmək istəyirəm. Hədəfim yenidən Formula1-də yarışmaqdır və bu, önəmli addımdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*