Rəsmən: R.Kubitsa Montsada da yarışacaq

Alfa Romeo komandası bildirib ki, Montsadakı yarışda da Robert Kubitsa ilə yarışacaq.

F-1.az xatırladır ki, Kimi Rəykkönen koronavirusa yoluxmuş və Niderland yarışını buraxmalı olmuşdu. Onu Robert Kubitsa əvəz etmiş və yarışı 15-ci yerə bitirmişdi. Lakin finlandiyalı sürücünün hələ də sağalmadığı məlum olub və buna görə də İtaliya yarışında da iştirak etməyəcək. Onun əvəzinə Niderlandda olduğu kimi Kubitsa sükan arxasına keçəcək.

Robert Kubitsa: “Kiminin tez sağalmasını arzulayıram. Ümid edirəm ki, tezliklə qayıdar. Montsanı daha yaxşı tanıyıram. 2006-cı ildə burada ilk podiumumu qazanmışdım və orada yarışmağı səbirsizliklə gözləyirəm. Buradakı sprint yarışı mənə kömək edə bilər.

Niderlanddakı performansımdan razıyam və Montsanı səbirsizliklə gözləyirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*