Rəsmən: Quanyu Çjou gələn ildən Alfa Romeo-da yarışacaq

Alfa Romeo komandası vəd etdiyi kimi, 2022-ci ildə əsas sürücünün adını bu gün açıqlayıb. Amma sürpriz olmayıb: çinli Quanyu Çjou Formula1-də sonuncu vakansiyanı bağlayıb.

F-1.az bildirir ki, Antonio Covinatsi komandanı tərk edəcək və çempionat yenə də italiyalı sürücüsüz qalacaq. Əvəzində tarixdə ilk dəfə çinli sürücümüz olacaq – Çjoudan əvvəl onun iki həmyerlisi Ma Tsinq Xua və Adderli Fonq yalnız sərbəst yürüşlərdə trasa çıxmışdılar.

Deyilənlərə görə, Çjou yeni komandasına 25 milyon dollar gətirəcək…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*