Rəsmən: Qrojanı gənc Fittipaldi əvəz edəcək

Haas komandası Bəhreyndə zədələnən Roman Qrojanın əvəzimə Pyetro Fittipaldi ilə yarışacaq.

F-1.az xatırladır ki, fransalı sürücü dünənki yarışın ilk dövrəsində qorxulu qəza edib və bolidi yanıb. Nəticədə 34 yaşlı pilotun əlləri yanıb.

Günter Ştayner: “Roman üçün ən yaxşı qərar onun bir yarış fasilə verməsidir. Buna görə də Pyetronu gətirmək çətin olmadı. Pyetro son iki mövsümdə komandanın test ehtiyat sürücüdür və bizi tanıyır. VF20-ni Saxirdə o sürəcək. Bu, onunçün ən yaxşı fürsətdir. Gözlədiyi fürsət əlinə keçib. Buna görə də onu boliddə görmək istəyirik və əminik ki, yaxşı işləyəcək”.

Qeyd edək ki, Pyetro Fittipaldi ikiqat Dünya Çempionu Emerson Fittipaldinin nəvəsidir və uzun illərdir ki, Haas-ın ehtiyat sürücüsüdür.

Pyetro Fittipaldi: “Bu mövsüm həm paddokda, həm də simulyatorda çox işləmişəm. Buna görə də komandanı tanıyıram. Formula1 karyerama başladığım üçün həyəcanlıyam. Cümə sərbəst yürüşlərini səbirsizliklə gözləyirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*