F-1.az bildirir ki, fransalı sürücünün qeyri-sabit çıxışına görə komandadan göndərilmısi gözlənilirdi.
Roman Qrojan bu barədə sosial şəbəkə hesabında yazıb: “Son seriya da bitdi və kitab bağlandı. İlk gündən bəri Haas komandasındayam. Pis-yaxşı 5 il keçirdik və 92 yarışda 110 xal qazandıq. Bu macəraya dəyərdi. Çox şey öyrəndim və özümü təkmilləşdirdim. Ümid edirəm ki, komandaya da kömək etmişəm. Belə olsa, özümlə fəxr edirəm. Komandaya uğurlar arzu edirəm”.