Rəsmən: Qrojan Haas-da qalır

Haas komandası Roman Qrojanla daha birillik müqavilə bağlayıb.

F-1.az xatırladır ki, əksəriyyət Niko Hülkenberqin fransalı sürücünü əvəzləyəcəyini düşünsə də, Amerika komandası Qrojanı daha bir il komandada saxlayıb. Beləliklə, 33 yaşlı sürücü Haas ilə 5-ci mövsümünü keçirəcək.

Günter Ştayner: “Böyümək üçün əla sürücü heyətimiz var. Komandanın necə işlədiyini və sükan arxasında nə etməli olduqlarını bilirlər. Komandanın inkişafı üçün bu, lazımdır. VF-19-un enişli-yoxuşlu performansına görə bu il bizimçün çətin keçir. Lakin təcrübəmiz növbəti ildə bizə kömək edəcək”.

Roman Qrojan: “Həmişə Haas-da qalmaq istədiyimi demişəm. Komanda qurulandan buradayam və Cin Haasla Günter Ştaynerin çəkdiyi əziyyətə şahid olmuşam. Bu komandanın bir parçası olmağa davam edəcəm və sevincliyəm. Keçən il beşinci olduq və o uğurumuz üçün darıxırıq. Bu il çətin olsa da, qazandığımız təcrübədən gələn il istifadə edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*