Rəsmən: Qazaxıstan Qran Prisi ləğv olunub

FİM bu gün Qazaxıstan Qran Prisinin ləğv olunduğunu açıqlayıb və bundan sonra təqvimdə 20 yarış olacaq.

F-1.az xatırladır ki, bu il MotoGP təqvimində 21 yarış olmalı idi və bu da rekord göstərici sayılırdı. Təqvimə Hindistan və Qazaxıstan Qran Priləri əlavə olunsa da, trasın razılıq prosesi tamamlanmalı idi. Qazaxıstan QRan Prisi iyulun 9-da keçiriləcəkdi və yarış Almatı yaxınlığındakı Sokol trasında baş tutacaqdı. Ancaq tras hazır olmadığı üçün MotoGP təşkilatçıları yarışın ləğv edildiyini deyiblər. Sokol trasının əvəzinə təqvimə heç bir yarış salınmayacaq.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*