Rəsmən: Q.Çjou daha bir il Alfa Romeo-da yarışacaq

Quanyu Çjou gələn il də Alfa Romeo komandasında çıxış etməyə davam edəcək.

F-1.az bildirir ki, Alfa Romeo komandası çinli sürücü ilə müqaviləni daha 1 il uzadıb. Bottasın isə 2024-cü ilin sonuna qədər müqaviləsi var idi.

Lakin Çjounun müqaviləsinin sona yaxınlaşması özü ilə dedi-qoduları da gətirirdi. Gənc sürücünün əvəzinə Felipe Druqoviç və Mik Şumaxerin adları hallanırdı. Lakin komanda heyəti pozmayıb və Çjounu daha 1 il saxlamağı seçib.

Beləliklə, Bottas və Çjou cütü ardıcıl 3 mövsüm birlikdə yarışmış olacaqlar.

Quanyu Çjou: “Komanda ilə müqavilə bağlamaq əla hissdir. Alfa Romeo komandasının bir parçası olduğum üçün qürurluyam. Mənə güvəndikləri üçün onlara minnətdaram. Komandaya qatıldığım ilk gündən bəri əlimdən gələni edirəm. Bunun üçün əla motivasiyam var.

Valtteri ilə münasibətim çox yaxşıdır və bir-birimizi qovalamaq üçün komanda ilə yaxından işləyirik. Bundan başqa gələn il Çin Qran Prisində də iştirak edəcəyəm və buna görə çox həyəcanlıyam. Gözəl an olacaq və məni dəstəkləyən insanlarla bu anı bölüşmək üçün səbirsizlənirəm”.

Bundan başqa Alfa Romeo Formula3 Çempionatının lideri Teo Purşerlə müqavilə yeniləyib. Fransalı sürücü Sauber Akademiyasında qalmağa davam edəcək və komandanın ehtiyat sürücüsü olacaq.

Hazırda 2024-cü il üçün müəmmalı olan 4 sürücü var – Yuki Tsunoda, Daniel Rikkardo, Liam Louson və Loqan Sarcent.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*