Rəsmən: Pyer-Lui Lube M-Sport-da tam mövsüm yarışacaq

Pyer-Lui Lube 2023-cü ildən etibarən tam mövsüm M-Sport komandasının sürücüsü olacaq.

F-1.az xatırladır ki, fransalı sürücü keçən mövsüm M-Sport ilə yeddi yarışa çıxmış və üç etapda qələbə qazanmışdı. Onun ən yaxşı nəticələri isə Sardenya və Yunanıstan rallilərindəki dördüncülük olmuşdu.

Pyer-Lui Lube: “Bu mənim üçün bir xəyalın reallaşmasıdır. Uşaqlıqdan bunun xəyalını qururdum. İlk dəfə tam mövsümdə yarışacam və hər həftəsonu sevdiyim işi görəcəm.

Tam mövsüm yarışmaq üzərimdəki təzyiqi azaldır, çünki potensialımı göstərə biləcəm. 13 rallidə iştirak edəcəm və daha çox şey öyrənəcəm. Gələn il əsas hədəfim bütün ralliləri bitirməkdir. Mənə inandıqları üçün M-Sport-a təşəkkür edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*