F-1.az xatırladır ki, səhər Felipe Massanın sessiyada iştirakı sual altında idi – dünən ikinci məşqlərdən sonra braziliyalı sürücü özünü pis hiss etmişdi və Pol di Restanı onu əvəzləməyə hazırlaşmışdı. Amma səhər Felipeni müayinə edən həkimlər onda ciddi bir şey tapmayıblar və sürücünü sessiyaya buraxıblar. Lakin bugünkü sessiyanın sonunda Massa yenidən özünü pis edib və mexaniklər FW40-ın pedallarını di Restaya uyğun dəyişməyə başlayıblar.
Felipe özü qərar qəbul edib, komanda isə onu dəstəkləyib – sıralanma turunda braziliyalını komandanın ehtiyat sürücüsü Pol di Resta əvəzləyəcək.
Son illər şotlandiyalı sürücü DTM-də çıxış edərək SkySport-da da şərhçilik edirdi, Formula1 maşınının sükanı arxasında sonuncu dəfə 2014-cü ildə Williams-la çalışıb, builki maşını heç bir dəfə də idarə etməyib. Sonuncu dəfə rəsmən sıralanma turunda 2013-cü ilin Braziliya Qran Prisində işləyib – 1344 gün əvvəl…