Rəsmən: Peres Racing Point komandasından ayrılır

Racing Point komandasının sürücüsü Serxio Peres ilin sonunda "çəhrayılar"ın sıralarını tərk edəcək.

F-1.az xatırladır ki, meksikalı sürücü 2014-cü ildə Force İndia komandasına qatılıb və burada yarışdığı 7 mövsümdə 5 dəfə podiuma yüksəlib.

Peres hazırda B planının olmadığını deyib. Xatırladaq ki, son günlər Fettelin adı Racing Point komandası ilə hallanır.

Serxio Peres: “Həyatda hər şeyin başlanğıcı və sonu var. Tərəfdaşlığımız ilin sonunda başa çatacaq. Çox çətin vaxtlarda komandaya dayaq oldum və buna görə də çox məyusam. Bəzi əngəlləri aşmışdıq və işçiləri işsiz qalmaqdan xilas etmişdim.

Birlikdə gözəl xatirələrimiz oldu və həmişə bu komanda üçün hər şey etdiyimi sevinclə xatırlayacağam. 2014-cü ildə mənə inanıb komandaya gətirən Vicey Malyaya təşəklür edirəm. Lourens Strolla və Aston Martin layihəsinə isə uğurlar arzu edirəm.

B planım yoxdur. Burada qalıb yarışmaq istəyirəm. Burada komanda tapmaq üçün növbəti yarışlarda var qüvvəmlə sürməliyəm. Ümid edirəm ki, sizə yaxşı xəbərlər verə bilərəm. İndi isə son yarışlardan həzz almağa çalışacağam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*