Rəsmən: Pəddi Lou Williams-ı tərk edib!

Formula1-in ən titullu və qocaman komandalarından biri olan Williams komandası tarixi 70-ci çempionatın başlanmasına cəmi bir həftə qalmış gözlənilməz qərar qəbul edib: komandanın texniki direktoru Pəddi Lou komanda ilə yollarını ayırıb...

F-1.az xatırladır ki, Mercedes komandasının keçmiş texniki direktoru Pəddi Lou 2017-ci ildə Williams-a xilaskar kimi gəlmişdi – komandanın səhmlərinin bir hissəsinə sahib olan britaniyalı mühəndis ser Frənk Uilyamsın gedişindən sonra kollektivə tam başçılıq etməyə hazırlaşırdı, amma “sən saydığını say, gör fələk nə sayır…”

Lounun Martini, Lourens Stroll və digər sponsorların pullarına hazırladığı ilk maşın keçən il mübarizə aparmağa imkan verməmişdi – komanda Mühəndislər Kubokunu sonuncu yerdə başa vurmuşdu. Bu il isə onun hazırladığı yeni maşın həm testlərə gecikmiş, həm də keçənilkindən də zəif alınmışdı – ona görə də dünən gecə Pəddi komandanı tərk edəcəyini bəyan edib.

Yeni mövsümün startına bir həftə qalmış Lou vəzifəsindən imtina edərək məzuniyyətə yollanıb. Komanda onun bəyanatından sonra Lounun gedişini “şəxsi səbəblər üzündən” təsdiq edib və istefa dərhal qüvvəyə minib.

Komanda rəhbərliyindəki növbəti dəyişikliklər barədə əlavə məlumat veriləcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*