F-1.az xatırladır ki, Pəddi Lou 2013-cü ildə transfer olduğu Mercedes-lə 3 dəfə çempion olduqdan sonra komandadan ayrılmışdı.
Amma britaniyalı mütəxəssis uzun müddət idi ki, Williams-la danışıqlar aparırdı və Pət Simondsun da komandadan ayrılmasından sonra bu keçid gözlənilən idi.
Pəddi Lou: “Karyeramdakı ilk komandam olan Williams-a həmişə hörmər etmişəm. Komandaya lider kimi qayıtdığım və səhmdar olduğum üçün çox sevincliyəm. Bu, mənim üçün şərəfdir və komandanı irəli aparmaq üçün motivasiyalıyam. Kler, Mayk, Nik və digərləri ilə işləmək üçün səbirsizlənirəm”.
Qeyd edək ki, Lou 80-ci illərin sonunda və 90-cı illərin əvvəlində Williams komandasında Ədrian Nyuinin başçılığı altımda işləmiş və 1992-ci ildə komandanın çempionluğuna kömək edən aktiv asılqan sisteminin təkmilləşməsində böyük rol oynamışdı.
Kler Uilyams: “Pəddini texniki direktor kimi Williams-a qaytardığımız üçün sevincliyəm. Onun gəlməsi ilə komandada hamının əhval rühiyyəsi yüksələcək və komandanın yenidən ön pillələrə qayıtmasını gözləyirəm.
Williams-ın hədəfləri dəyişməz olaraq qalır. Qələbələr və çempionluqlar istəyirik. Bunu edə bilmək üçün istedadlı adamlara ehtiyacımız var. İnanırıq ki, Pəddi bizi yenidən liderliyə aparacaq. Bu, bizi həyəcanlandırır”.