F-1.az xatırladır ki, Mercedes komandası 23 yaşlı sürücünü 2013-cü ildən dəstəkləyir. Almaniyalı sürücü Formula1 karyerasına 2016-cı ildə Manor komandasında başlayıb. Son mövsümü isə Sauber komandasında keçirib. Lakin İsveçrə təmsilçisi Alfa Romeo ilə tərəfdaşlığa başladıqdan sonra Paskal Verlyaynı komandadan göndərərək, əvəzinə Ferrari-nin gənc sürücüsü Şarl Lekleri gətirib. Beləliklə, Paskalın yarışmaq şansı qalmayıb.
Toto Volff: “Paskalı 2013-cü ildən dəstəkləyirik. 2015-ci ildə DTM-də çempion olduqdan sonra Formula1-də yarışmaq üçün fürsəti oldu. Manor və Sauber komandalarında çətin mövsümlər keçirdi. Onu bu il Mercedes ailəsində saxlamağa davam edəcəyik və ona komandanın test sürücüsü olmağı təklif etdik. Beləliklə, 2019-cu ildə yarışmaq üçün fürsəti olacaq”.