Britaniyann nüfuzlu Autosport resursunun bildirdiyi xəbərə görə, 63 yaşlı mütəxəssis 2013-cü ilin ikinci yarısından başçılıq etdiyi mühəndis departamentini tərk edib.
2014-cü ildə komandada keçirdiyi ilk tam mövsümündə Mühəndislər Kubokunda 3-cü pilləyə qayıdan Williams-la bu nəticəni 2015-ci ildə təkrarlayan mühəndis arxada qoyduğumuz mövsümdə Force İndia komandasına da məğlub olaraq 5-ci olmuşdu.
F-1.az bildirir ki, Mercedes-in texniki direktoru Pəddi Lounun Williams-a keçidi bundan sonra daha real görünür. Hərçənd almanlar məlumatı şərh etməkdən imtina ediblər…