F-1.az bildirir ki, estoniyalı sürücü Hyundai ilə müqaviləsini vaxtından əvvəl sonlandırmışdı. Onun üçün alternativ qalmadığı üçün qarşısında iki seçim var idi – ya idmana bir il fasilə verəcək ya da sabiq komandası M-Sport-a geri dönəcəkdi.
Lakin 35 yaşlı sürücü ikinci variantı seçib və gələn ildən etibarən Ford Puma-nın sükanı arxasına keçəcək.
Ott Tanak: “M-Sport-da bir sürücü kimi yetişdim və təcrübə qazandım. Çempion olnadan sonra yenidən titul uğrunda mübarizə apara bilmədim və belə olan halda özümlə barışmaqda çətinlik çəkdim.
Gələn mövsüm bizim üçün çətin olacaq, amma bazadakı hamını tanıyıram. Nə edəcəklərini bilirəm. Hamı işinə sevgi ilə yanaşır və belə olan halda, titul uğrunda mübarizə aparacağıq. M-Sport-a qayıtdığım üçün xoşbəxtəm. Əlimizdən gələni edəcəyik”.