Rəsmən: Nikita Mazepin Əbu Dabidə yarışmayacaq

Haas komandasının sürücüsü Nikita Mazepinin Covid-19 testi pozitiv çıxıb.

F-1.az bildirir ki, o, bugünkü Əbu Dabi yarışında iştirak edə bilməyəcək və onu heç kəs əvəz etməyəcək.

Haas komandası belə açıqlama verib: “Əbu Dabi yarışından əvvəl test verən Nikita Mazepinin testi pozitiv çıxıb. Komanda onun yarışmayacağını bildirdiyi üçün məyusdur. Nikita fiziki cəhtədən yaxşı vəziyyətdədir. Onda simptom olmasa da, özünü təcrid edəcək və nəzarətdə qalacaq”.

Haas Mazerpinin yerinə heç kəsi yarışdırmayacaq. Buna görə də Mik Şumaxer komanda adına tək yarışacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*