F-1.az xatırladır ki, Liberty Media fevral ayında Çin, mart ayında isə Avstraliya, Bəhreyn və Vyetnam Qran Prilərini təxirə salmışdı.
Mövsümün Zandfortda başlaması gözlənilirdi, ancaq pandemiyanın Avropada günü-gündən artması səbəbi ilə “köhnə dünya”dakı ilk üç yarış da – Niderland, İspaniya və Monako – təxirə salınıb. Belə olan halda, Formula1 üzrə 2020-ci il mövsümü Azərbaycan yarışı ilə start alacaq.