Lakin onun superlisenziyasının olmaması və bunun üçün heç bir istisnanın edilməməsi komandanın planlarını suya salmışdı.
F-1.az bildirir ki, de Vrizin İtaliya Qran Prisindəki möhtəşəm çıxışı bir çok komandanın, o cümlədən AlphaTauri-nin diqqətini çəkib. Sinqapur Qran Prisinə qədər olan 3 həftəlik fasilədə hər şey həll olunub – Qasli Alpine ilə razılaşıb, onun yerini isə Formula2 və Formula E titulları olan gənc niderlandlı dolduracaq.
Nik de Vries: “2023-cü ildə AlphaTauri-yə qoşulacağım üçün çox həyəcanlıyam. Red Bull-la F1-də yarışmaq imkanı verdiyi üçün təşəkkür edirəm. F2-dən sonra müxtəlif seriyalarda yarışmışam, amma hər zaman Formula1-i arzulamışam və indi bu reallaşır. Builki maşını qiymətləndirmək üçün imkan əldə etməyim gələn ilə hazırlaşmağıma çox kömək edəcək.
Gəncliyimin çox hissəsi İtaliyada kartinq yarışlarında keçib. Ona görə də, bu ölkədə özümü evimdəki kimi hiss edirəm və italyan komandasına qoşulduğum üçün şadam. Gələn mövsüm başlamamışdan hamı ilə tanış olmaq və əlaqələr qurmaq üçün səbirsizləmnirəm”.