Rəsmən: N.Çester Renault-dan ayrılıb

Renault-nun şassidən məsul texniki direktoru Nik Çester ilin sonunda fransızların heyətindən ayrılacaq.

F-1.az xatırladır ki, “sarılar” keçən il yaxşı performans göstərərək mövsümü 4-cü yerdə bitirsə də, bu il zəif çıxış ediblər və mövsümü 5-ci yerdə bağlayıblar. Bundan sonra texniki şöbədə yenidənqurma işlərinə başlanılıb və uzun illərdir ki, Enstounda işləyən Nik Çester komandadan göndərilib.

Nik Çester: “19 il ərzində bu komanda ilə işləməkdən zövq aldım. İndi isə yeni layihələri səbirsizliklə gözləyirəm və komandadakı hər kəsə uğurlar arzu edirəm”.

Nik Çester bir müddət icbari gözləmədə olacaq.

Siril Abitebul: “Nik demək olar ki, 20 ildir Enstounda işləyirdi. Ən çətin anlarda belə komandaya olan sevgisini itirmədi. Ona təşəkkür edirik və karyerasının sonrakı mərhələsində uğurlar arzu edirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*