F-1.az xəbər verir ki, görüşdə səslənən təkliflərin heç biri yekdillik qazanmadığı üçün qəbul olunmayıb. Top-komandalardan Mercedes AMG və Ferrari hər iki test sessiyasının Bəhreyndə keçirilməsini dəstəkləyiblər, Red Bull və Williams isə bunun əleyhinə olublar. Bir dördgünlük sessiyanın Avropada, digərinin isə Asiyada keçirilməsi də eyni komandalar tərəfindən boykot edilib. Testlərin hər iki avtodromda paralel keçirilməsi də komandalar tərəfindən birmənalı qarşılanmayıb.
Nəticədə, hər iki dördgünlük test seriyası Kataloniya avtodromunda baş tutacaq: komandalar əvvəlcə 27 fevral-2 mart aralığında toplaşacaqlar, 4 günlük fasilədən sonra 7-10 mart aralığında ikinci toplantı olacaq.