Rəsmən: Mövsüm Bəhreyndə başlayacaq

Formula1 builki mövsümün yenilənmiş təqvimini dərc edib. Gözlənildiyi kimi, mövsümün ilk yarışı olan Avstraliya Qran Prisi təxirə salınıb və payızda baş tutması planlaşdırılır.

F-1.az bildirir ki, Avstraliya ilə yanaşı, Çin Qran Prisi də yazda baş tutmayacaq və onun təqvimdəki yerini 1 həftə fərqlə İmola alacaq. Şanxaydakı yarışın mövsüm ərzində baş tutması istiqamətində danışıqlar davam edir…

Dəyişikliklər bir neçə yarışın vaxtına da təsir göstərib – əvvəl açıqlanan təqvimlə müqayisədə, hələ ki, elan olunmayan yarış, Səudiyyə Ərəbistanı Qran Prisi və Əbu Dabi Qran Prisi 1 həftə sonraya, Braziliya Qran Prisi isə 1 həftə əvvələ keçirilib.

Tarix Qran Pri Keçirilmə yeri
28 mart Bəhreyn Saxir
18 aprel Çin Şanxay
2 may Sonra elan olunacaq Sonra elan olunacaq
9 may İspaniya Barselona
23 may Monako Monako
6 iyun Azərbaycan Bakı
13 iyun Kanada Monreal
27 iyun Fransa Le Kastelle
4 iyul Avstriya Şpilberq
18 iyul Böyük Britaniya Silverstoun
1 avqust Macarıstan Budapeşt
29 avqust Belçika Spa
5 sentyabr Niderland Zandfort
12 senyuabr İtaliya Montsa
26 sentyabr Rusiya Soçi
3 oktyabr Sinqapur Sinqapur
10 oktyabr Yaponiya Suzuka
24 oktyabr ABŞ Ostin
31 oktyabr Meksika Mexiko
7 noyabr Braziliya San Paulu
21 noyabr* Avstraliya Melburn
5 dekabr** Səudiyyə Ərəbistanı Ciddə
12 dekabr Əbu Dabi Yas Marina

* – danışıqlar davam edir.

** – trasın hazırlanması prossesi tamamlanmalıdır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*