Rəsmən: Morbidelli gələn il Pramac-da çıxış edəcək

Gözlənilən açıqlama nəhayət ki, gəlib: Franko Morbidelli gələn mövsümdən etibarən Pramac Ducati komandasında yarışacaq.

F-1.az xatırladır ki, italyan sürücü Yamaha ilə müqavilə yeniləməmişdi. Onun VR46 komandasına keçidi gözlənilirdi. Gənc sürücünün Marko Bezzekkini əvəzləyəyi gözlənilirdi. Marko Bezzekkinin isə yeni Ducati-yə görə Pramac-a transferi gözlənilirdi.

Ancaq qısa müddət ərzində hər şey dəyişdi. Bezzekki VR46 komandasında qalmağa qərar verdi və Pramac-da bir yer boş qaldı.

Seçim qarşısında qalan Pramac komandası sonda bu il yaxşı çıxış edən Franko Morbidellidə qərar saxlayıb.

İtalyan sürücü son dövrlərdə stabilliyi ilə seçilir və bu il bütün yarışlardan xal qazana bilib. Morbidelli Ducati komandasına keçməklə karyerasında yeni səhifə açmış olacaq.

Cici Dalinya: “Franko Morbidellini növbəti mövsümdə Ducati-yə transfer etdiyimiz üçün sevincliyik. Franko istedadlı və təcrübəli sürücüdür. O, bunu dəfələrlə sübut edib. 2020-ci ildə çempionatı ikinci yerdə başa vurması təsadüf deyildi.

Pramac-ın dəstəyi ilə Franko tam potensialını göstərə biləcək. Birlikdə bu həyəcanverici macəranı səbirsizliklə gözləyirik”.

Pramac komandasının sahibi Campinoti: “Franko 2024-cü ildən etibarən komandamıza qatılacaq və buna görə çox xoşbəxtəm. Bizim onunla yaxşı münasibətimiz var. Komandamızda layiq olduğu yerlər uğrunda mübarizə aparmaq üçün əlində yaxşı imkanları olacaq”

Komandanın rəhbəri Cino Borsoi: “Franko kimi bir çempionla işləmək əsl şərəfdir. Ona və istedadına güvənirəm. Əminəm ki, komandamıza çox yaxşı uyğunlaşacaq və birlikdə yaxşı nəticələr əldə edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*